Bank

Avropada rəqəmsal pula hazırlıq başladı

Bir çox mərkəzi bankların gündəmində olan rəqəmsal pul, Avropa Mərkəzi Bankında da müzakirə edildi. ENA.az xəbər verir ki,  
Çində tətbiq olunan rəqəmsal pul bir çox ölkənin gündəmindədir. Xüsusilə mərkəzi banklar rəqəmsal pulları yeni bir çıxış yolu olaraq görür.

Ancaq onun çirkli pulların yuyulması vasitəsi kimi istifadəsi yeni addımların atılmasının qarşısını alır. Mərkəzi bank rəhbərləri bu məsələni ciddi müzakirə edirlər. Avropa Mərkəzi Bankının rəhbəri Christine Lagarde, qurumunun bu illər ərzində avrozonada maliyyə sektorunu ciddi şəkildə dəyişdirəcək bir rəqəmsal valyuta yarada biləcəyinə işarə etdi.

"Mənim proqnozlarım gerçəkləşir. İstifadəçilər üçün daha ucuz, daha sürətli və daha təhlükəsizdirsə, bunu araşdırmalıyıq. Hesab edirəm ki, daha yaxşı pul hegemonluğuna, avro bölgəsi üçün daha yaxşı bir özəlliyə kömək edəcəksə, rəqəmsal valyutaları öyrənməliyik", - dedi.

Çirkli pulların yuyulması, məxfilik və əlaqəli texnologiyalar ilə bağlı narahatlıqların aradan qaldırılması ilə bağlı layihənin başlanmasının 2-4 il arasında davam edə biləcəyi bildirilir.

ECB tərəfindən təşkil edilən virtual yığıncaqda Fed başçısı Jerome Powell və İngiltərə Mərkəzi Bankının rəhbəri Andrev Bailey rəqəmsal valyutalarla bağlı ehtiyatlı mövqelərini təkrarladılar.

Povell, Fed-in məsələni diqqətlə və düşüncəli şəkildə nəzərdən keçirəcəyini söyləyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)