İnternetlə bağlı məhdudiyyət aradan qaldırılır
Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.
Bu barədə "ENA"ya NRYTN-dən məlumat verilib. Nazirlik ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edir.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.