Ordumuzun reaktiv yaylım atəş sistemləri sırasında yer alan T-122 Sakarya - Texniki göstəriciləri
Azərbaycan Ordusunun reaktiv yaylım atəş sistemləri sırasında yer alan T-122 Sakaryanı Türkiyənin Roketsan şirkəti istehsal edib. T-122 Sakarya 122 mm kalibri olan reaktiv yaylım atəş sistemidir.
TED.az xəbər verir ki, Roketsanın 122 mm-lik artırılmış mənzilli raket ailəsi klassik 122 mm-lik əldəqayırma raketlərə görə, ikiqat mənzilə malikdir. Hücum, polad bilyalı və yük döyüş başlığına sahib raketlər TR-122, TRB-122 və TRK-122 kimi adlandırılır. Üstün dağıtmaq xarakterləri ilə bu raketlər nöqtə və sahə hədəflərinə qarşı istifadə olunur.
Raketlər T-122 dən və ya 122 millimetrlik digər çəkili vasitəyə birləşdirilmiş silah sistemlərindən atılır.
Texniki göstəriciləri isə aşağıdakı kimidir:
Lülə diametri: 122 mm
Lülə Boyu: 3 m
Lülə sayı: 40 ədəd
Doldurulma: 5 dəqiqə
Məhvetmə radiusu: 500x500 m
Salvo Atış müddəti: 80 saniyə
Atəş məsafəsi: 40 km-ə qədər
Ekipaj sayı: normalda 5, təcili vəziyyətlərdə 3 nəfərdir
Salvo Atış müddəti (40 rocket) 80 saniyə
Vasitənin yüksüz çəkisi: 19,5 ton
40 Raket yüklü ağırlığı:22.5 ton
Uzunluğu: 9.2 metr
Genişliyi: 2.50 metr
Yüksəkliyi: 3.1 metr
Stabilizasyon: 15 ton.m 4 hidravlik dəstək ayağı 4 hydraulic Jacks
Daşıyıcı vasitə olaraq 6x6 təkərli MAN Dfaex yük maşınından istifadə edilir. Yük maşınında 2x20 raket daşıyan raket buraxıcı olur. Bu mərmilərin hamısını 80 saniyədə hədəfə yollayır və 500 kvadrat metrlik sahəni yox edir. Atmosfer şərtlərinin yaratdığı mənfi təsirlərə qarşı hazırlanan izolyasiya podları, 20 balondan ibarətdir. Raketlər balonlara fabrik səviyyəsində yüklənir və ömür boyu baxıma ehtiyacı olmur. Aktiv vəzifə əsnasında balonlar əllə tək-tək yüklənə bildiyi kimi sursat hissələri tərəfindən də yüklü pod daşınır. Maşına birləşdirərək teleskopik kran ilə pod yükləməsi 5 dəqiqəyə, əllə tək-tək raket yüklənməsi isə 110 dəqiqəyə başa gəlir.
Hazırda T-122 Sakarya reaktiv yaylım atəş sistemi Türkiyə, Azərbaycan və BƏƏ ordularının silahlanmasında mövcuddur.
TED.az