1 Avro/10 TL-yə yüksəldi - KRİTİK MƏZƏNNƏ
ABŞ seçkilərindən əvvəl dollar inkişaf etmiş valyutalara nisbətən geriləyərkən, Dollar/TL həftənin ikinci ticarət günündə ən yüksək səviyyəyə çatdı. ENA.az xəb verir , kritik səviyyə isə Avro/TL məmənnəsində müşahidə olundu.
Türkiyə Mərkəzi Bankı faiz artımına baxmayaraq USD/TL məzənnəsində də ciddi yüksəliş baş verdi. Bakı vaxtı ilə saat 19:00-a olan məlumata görə, 1 dollar 8,46 TL-yə qalxdı və beləliklə Dollar/TL həftənin ikinci ticarət günündə ən yüksək səviyyəyə çatdı.
Avro/TL məzənnəsi də 10 TL-ni aşaraq tarixin ən yüksək səviyyəsinə qalxdı. Türk lirəsinin avroya nisbətdə ucuzlaşması ilin əvvəlindən bu yana yüzdə 33-ü keçdi.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı həftəlik svap əməliyyatlarında TL faizini yüzdə 11,75-den yüzdə 13,25-ə yüksəltdi.