Tenderlər

SOCAR Pakistanda keçirilən tenderdə qaliblərdən biri oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanda keçirilən tenderdə qaliblərdən biri olub.

ENA.az xəbər verir ki, dünyada tanınmış “Vitol” ticarət şirkətinin ölkənin dekabr ayı üçün axtardığı mayeləşdirilmiş təbii qazın (LNG) altı yükündən dördü üçün ən yaxşı təklifləri təqdim edən şirkətləri müəyyənləşdirib.

Belə ki, “Vitol” şirkəti dekabr ayında çatdırılması üçün nəzərdə tutulan “Brent” markalı neftin qiymətinə nisbətdə ən ucuz qiymətləri 16,9720%, 16,5513%, 15,9759% və 15,8761% səviyyəsində təklif edib.

Ən ucuz qiymət təklifini iki şirkət – SOCAR və “Trafigura” veriblər. Belə ki, SOCAR-ın təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 16,8403%, “Trafigura”nın təklif etdiyi qiymət isə 16,9870% təşkil edir.

“Vitol”un LNG qazının tədarükü üçün çatdırılma müddəti 12-14 dekabr və 18-10 dekabr tarixləri müəyyən olunub. SOCAR üçün bu qazı tədarük müddəti 3-4 dekabr, “Trafigura” üçün isə 8-9 dekabr tarixləridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)