Qarabağ

Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Qarabağdakı vəziyyəti, Avropadakı terror aktlarını və digər məsələləri müzakirə edib.

"ENA" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Cənubi Qafqazdakı vəziyyət Qarabağdakı hadisələrin inkişafına vurğu edilərək müzakirə edildi",-deyə Peskov qeyd edib

İclasda həmçinin Avropada bir gün əvvəl baş verən terror hadisələri barədə ətraflı fikir mübadiləsi aparıldığı bildirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)