“Aldığımız vəsaiti valyuta bazarına qaytarmağa hazırıq”
2020-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3% və ya 200 milyon ABŞ dolları artıb. ENA.az-ın sualını cavablandıran Mərkəzi Bankın sədri Elman Rüstəmov “valyuta ehtiyatlarımızdakı bu artım bir daha sübüt edir ki, valyuta bazarında tarazlıq Mərkəzi Bankın müdaxiləsi hesabına baş vermir”, - deyib.
“Əksinə, bazarda olan bir sıra təklifi biz özümüz almışıq, banklara likvidlik vermişik. 200 milyon dolların 80 milyon dolları Mərkəzi Bankın özünün ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirdir. 2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”.