Qiymətin ucuzlaşması gəliri 36,5% azaldıb
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 21 milyon 832 min 533,28 ton neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dəyər ifadəsində 7 milyard 158 milyon 90,91 min dollar təşkil edib.
Yanvar-sentyabr aylarında neft ixracı miqdar ifadəsində ötən ilin analoji dövrünün göstəricisi ilə eynilik təşkil etsə də, qara qızılın ucuzlaşması dəyər ifadəsində 36,5% azalma yaradıb.
Yanvar-sentyabr aylarında Azərbaycandan ixracın ümumi tərtibində neftin payı 67,66%-dir.
Qeyd edək ki, 2019-cu ildə ümumilikdə Azərbaycan 14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edib.