Qeyri-Bank

BVF Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları barədə - PROQNOZ VERDİ

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 6,3 milyard dollar təşkil edəcəyini bildirib. Bu isə 2019-cu səviyyəsindədir. 

Fondun təxminlərinə görə, 2021-ci il ərzində Mərkəzi Bankın ehtiyatları da 6,3 milyard dollar səviyyəsində saxlanılacaq.

Analizə görə, 2020-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4.1 ay müddətinə, 2021-ci ildə isə 4 ay ərzində idxal xərclərini ödəmək üçün kifayət edəcəkdir.

30 sentyabr 2020-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 6.491 milyard dollardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)