Azərbaycan iqtisadiyyatı 4%-ə yaxın kiçilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 074 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 4,7% azalaraq 5 222,5 manat olub.
9 aylıq ÜDM-in 36 319,6 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,4% azdır.