Qarabağ

Ermənilər Gəncədə dinc sakinləri öldürdü, 40-dan çox yaralı var - Fotolar + Video

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

Bu gecə saat 3-4 radələrində düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub. Bu iri çaplı, saniyədə 1 km. çox uçan, çəkisi 500 kg-dən çox olan, 120 km məsafəni qət edə biləcək və uçuş zamanı hədəfə dəyənə qədər tam idarə olunan "Toçka-U" tipli raket sistemlərindən açılan atəş nəticəsində əmələ gələn dağıntılardır. Hədəfdə yenədə mülki binalar və dinc əhali! Erməni silahlı qüvvələrinin bu raket zərbəsini məhz gecə vaxtı həyata keçirməsi mülki əhalinin kütləvi şəkildə evlərdə konsentrə olması və yatmasına hesablanmışdır.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. İlkin məlumatlara görə, 5 nəfər ölüb, 17-dən çox yaralı var. Yaralılar arasında azyaşlı uşaqlar var. 

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. 

 











Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)