Peskov: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır"

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ məsələsi üzrə üçtərəfli görüşü hələ ki planlaşdırılmır".
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin döyüşlərin Ermənistan ərazisində getmədiyini vurğulamışdı.