Qarabağ

Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

ENA xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

 

Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)