Qırğızıstan Milli Bankı kommersiya banklarına fəaliyyətlərini dayandırmağı tövsiyə edib
Qırğızıstan Milli Bankı kommersiya banklarına fəaliyyətlərini dayandırmağı tövsiyə edib. Qırğızıstan Milli Bankı bunu kommersiya banklarının aktivlərini qorumaq məqsədi daşıdığını qeyd edib, eyni zamanda onlara təhlükəsizlik tədbirlərini gücləndirməyi məsləhət görüb.
"Ölkənin maliyyə və bank sektorunun təhlükəsizliyini, maliyyə və kredit təşkilatlarının aktivlərinin təhlükəsizliyini təmin etmək üçün Qırğızıstan Milli Bankı, kommersiya banklarına və bank olmayan maliyyə təşkilatlarına 6 oktyabr tarixindən etibarən fəaliyyətlərini dayandırmağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edir", - deyə bildirilir.
Əlavə olunub ki, Milli Bank vəziyyəti izləyir və zərurət yarandığı təqdirdə ölkənin maliyyə və bank sisteminin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.