Qarabağ

Mingəçevirə atılan raketlərdən biri enerji blokunun yaxınlığına düşüb

Ermənistanın Azərbaycanın vacib mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. 

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb.

“Ancaq partlamayıb. Ermənistanı məsuliyyəti dərk etməsi üçün sülhəməcburetmə davam etməlidir”.

Qeyd edək ki, Azərbaycanın Mingəçevir sənaye şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department