BİZNES

Çinin ən zəngin adamı statusunu itirdi

“AliExpress” onlayn mağazasının sahibi olan Jack Ma, Çinin ən zəngin adamı statusunu itirib. ENA.az xəbər verir ki, bu barədə “Bloomberg”ə istinadən “RBC” məlumat verib.

“Bloomberg”in “Milyarderlər indeksi”nə görə, butulkalaşdırılmış su və peyvənd istehsal edən şirkətin sahibi Zhong Shanshan daha da zəngin olub – onun sərvəti 58,7 milyard dollara çatıb ki, bu da Jack Ma ilə müqayisədə 2 milyard dollar çoxdur.

Beləliklə, Zhong hal-hazırda Asiyanın ikinci ən zəngin adamıdır. Əvvəl olduğu kimi, birinci yeri Hindistanlı maqnat Mukesh Ambani tutur (85,2 milyard dollar).

Verilən məlumata görə, Zhong-un sərvəti iki şirkətinin səhmlərinin birjada yerləşdirilməsindən sonra artıb. Xatırladaq ki, sahibkar əczaçılıq nəhəngi “Beijing Wantai Biological Pharmacy Enterprise” və butulkalaşdırılmış su istehsalçısı “Nongfu Spring” şirkətlərinə rəhbərlik edir.

Aprel ayında Zhong Şanxay birjasında koronavirus testi sistemlərinin, o cümlədən müxtəlif xəstəliklərə qarşı peyvənd istehsalı ilə məşğul olan “Beijing Wantai Biological Pharmacy Enterprise” şirkətinin səhmlərini yerləşdirmişdir.

Bunun sayəsində çinli iş adamının sərvəti avqust ayına qədər 20 milyard dollara, sentyabr ayında isə “Nongfu Spring”in səhmlərini yerləşdirilməsindən sonra 58,7 milyard dollara çatıb.

Lakin buna baxmayaraq, Jack Ma son altı ildə qazandığı Çinin ən zəngin adamı statusunu tezliklə bərpa edəcəyini söyləyib. Bu, ona məxsus olan “Ant Group” şirkətinin (“Alipay” ödəmə sistemini idarə edir) səhmlərini yerləşdirəndən sonra baş verəcək. Mütəxəssislərin qiymətləndirmələrinə görə, səhmlərin birjada yerləşdirilməsi Ma-ya təxminən 28 milyard dollar qazandıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)