Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq
Bu ilin sonuna qədər Bakıda və Sumqayıtda yeni KOB İnkişaf Mərkəzləri açılacaq.
ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” tədbirində bildirib.
Xatırladaq ki, ölkədə ilk KOB İnkişaf Mərkəzi Xaçmaz şəhərində yaradılıb. 2020-ci ilin fevral ayından fəaliyyət göstərən Mərkəzin təlim və məsləhət xidmətlərindən 120-dən çox KOB subyekti yararlanıb. Mərkəzin əlaqələndirməsi ilə indiyə qədər 4 sahibkarın biznes ideyası maliyyələşdirilib, 4 yeni KOB subyektinin və 5 MMC-nin yaradılmasına dəstək göstərilib.