Türkiyədə dollar rekord yeniləyir
Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi rekordunu yeniləyib.
ENA.az “Hürriyet” qəzetinin BigPara portalına istinadən xəbər verir ki, 1 ABŞ dolları (USD) 5.5695 Türk lirəsi edib. Bu isə indiyə qədər Türkiyə tarixində qeydə alınan ən yüksək rəqəmdir.
USD/TRY məzənnəsi günə 0.01 lirə bahalaşma və ya 0.20% bahalaşma ilə start verib.
30 gün bundan öncə isə bir dollar 7.2095 lirə ilə mübadilə edilirdi. Artıq 3 dekada geridə qalıb və hər deka üzrə lirə ABŞ valyutası qarşısında ucuzlaşmaqdadır.
Bundan əlavə avro (EUR) 0.02 lirə bahalaşmaqla (0.26%) 8.9870 lirə təşkil edib.