“Azercell” 2019-cu ildə rebrendinq edəcək
![](https://ena.az/uploads/news/2018-12/_businessinsider_ec989d869180c14bf6b6d49d8_o.jpg)
"Azercell Telekom" MMC bu il bazar payını 1% artıraraq 49%-ə çatdırıb”.
"BI" xəbər verir ki, bunu Bakutel sərgisində şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
V.Mürsəliyevin sözlərinə görə, rəhbəri olduğu şirkət müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətini davam etdirib: "Şirkətin brendinin dəyişməsi ilə bağlı addımlar atılır. 2019-cu ildə rebrendinq olacaq və müştərilərimizə yeni brendlə xidmət göstərəcəyik".