Türkiyədə dollar kəskin bahalaşdı
ABŞ dolları türk lirəsinə qarşı kəskin ucuzlaşıb.
ENA.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə dollar bahalaşaraq 7.50 lirə səviyyəsinə çatıb. Bu günə 7, 55 lirədən başlayan dollar 7, 56 liraya yüksəlib və yeni bir rekord qırıb.
Qeyd edək ki, Türkiyədə tək dollar deyil, avronun da bahalaşması diqqət çəkir. Belə ki, bu günə olan valyuta məzənnəsinə əsasən 1 avro 9 lirəyə bərabərdir.
Xatırladaq ki, Federal Ehtiyatlar Sistemi (FED) dünən axşam keçirilən iclasında bazara üç il daha yüzdə 0 faizlə dollar verəcəyini açıqlayıb.