BİZNES

Azərbaycanın ən böyük zərgərlik şirkəti bağlandı

Azərbaycanda fəaliyyət göstərən ən böyük zərgərlik şirkətlərindən biri ləğv edildi.

ENA.az xəbər verir ki, “Levata Group” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 80 ünvanına bildirə bilərlər.

Bildirək ki, Levata Group şirkəti öz fəaliyyətini 2006-cı ildən başlayaraq aparır. Bu şirkət Magerit, Favero, Giorgio Visconti, Claudio Fiorentino, Penny Preville, Parla, Montegrappa, Alcozer&J, Pandora, Nomination, Tous, Rebecca, Vintage in Villa, Dueci Bijoux kimi tanınmış zərgərlik brendləri ilə əməkdaşlıq edir.

Onu da qeyd edək ki, Bu gün şirkət Bakıda Ant Hill, Faro və Vitrage kimi multi-brend, həmçinin Pandora və Montegrappa kimi konseptual mağazalar ilə təqdim olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)