Avtomobil

Ölkəyə avtomobil idxalı artır: 400 milyon dollar xərcləmişik

Bu ilin 8 ayında Azərbaycana 399 milyon 498,58 min dollar dəyərində 33,178 min ədəd avtomobil nəqliyyatı vasitəsi gətirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin analoji dövrü ilə müqayisədə idxal olunmuş avtomobillərin sayı 24,3% artıb.

Məlumata görə, hesabat dövründə ölkəmizə idxal edilən avtomobillərin 31 min 26 ədədi sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Bu avtomobillərin dəyəri isə 348 milyon 211,57 min dollar təşkil edib və məbləğ baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% artım baş verib. Həmçinin, 7 milyon 697,73 min dollar dəyərində 136 ədəd elektrokar, eləcə də 17 milyon 496,41 min dollar dəyərində 3,05 min ədəd hibrid avtomobili gətirilib. 

10 və daha artıq şəxsin daşınması üçün 9 milyon 167,91 min dollar dəyərində 108 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib. Bu isə 56,1% azalma deməkdir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)