“ASAN xidmət”in Aparat rəhbəri işdən çıxarıldı
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli vəzifəsindən azad olunub.
Bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əmr imzalayıb.
A.Cəfərli Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə olunub.
Qeyd edək ki, A.Cəfərli 2016-cı ildən Aparat rəhbəri vəzifəsində çalışırdı. 2012-2016-cı illərdə isə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub.