Axtar

Azərbaycandan xaricə pul axını artıb: Müsbət saldo 44% kiçilib

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi 372,4 milyon dollar təşkil edib. Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16% azdır.

Azərbaycandan xaricə pul köçürmələri $221,3 milyon dollara qədər artıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə xaricə pul köçürmələrinin həcmi 15% artıb. Ümumilikdə aradakı fərqə baxsaq, köçürmələr üzrə müsbət saldo 151,1 milyon dollar təşkil edib. Halbuki, 2019-cu ilin müvafiq dövründə qeydə alınmış müsbət saldo 267,6 milyon dollar idi. Bu isə 43,5% azalma deməkdir. 

Azərbaycan Mərkəzi Bankın məlumatatlarına əsasən, ümumilikdə  Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmindən 68,3% çoxdur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33