Bank

Banklarda açıq valyuta mövqeyinin limitləri müəyyən edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.

Qaydalara əsasən, hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır: xalis spot mövqe, xalis forvard mövqe, eləcə də qarantiyalar və digər alətlər.

Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:

-müddəti bir ilədək olduqda – 20%

-müddəti bir ildən çox olduqda – 50%

-müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə– 10%.

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutalar bunladır: ABŞ dolları, avro, Kanada dolları, yapon yeni, ingilis funt sterlinqi, İsveçrəfrankı, Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları, beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə(suveren) borc reytinqinə(vəya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutaları.

Qaydalar 2019-cu il mart ayının 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)