3 investisiya şirkətinin aktivləri 10 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə aktivləri 10 milyon manatdan çox olub.
Bunlar "PSG Kapital" (21,166 milyon manat), "PAŞA Kapital" (12,01 milyon manat) və "İnvest-AZ" (11,77 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 maliyyə qurumundan 3-nün aktivləri 1-10 milyon manat arasında, 2-nin aktivləri isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətindən 2-si ötən il aktivlərini azaldıb. Bunlar "PSG Kapital" və "Azfinance" investisiya şirkətləridir.
Qalan 6 investisiya şirkəti isə aktivlərini artırıb. Ən yüksək dinamika "BTB Kapital" (6 dəfə), ən aşağı dinamika isə "İnvest-AZ" (2,3%) investisiya şirkətlərində qeydə alınıb.