Tramp dərmanların qiymətini azaltdı
ABŞ prezidenti Donald Tramp dərmanların qiymətinin azaldılması barədə fərman imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə Tramp Twitter-də yazıb.
"Dərman qiymətlərini endirmək üçün yeni bir fərman imzaladım...Həm də qiymətləri daha da endirməklə vasitəçilər üçün bütün imtiyazlara son qoydum", - deyə Tramp yazıb.
Prezident qeyd edib ki, artıq vətəndaşlar dərmanları şirkətlərin xaricə satdığı qiymətə ala biləcəklər.
Xatırladaq ki, ABŞ-da rekord sayda məbləğlərin araşdırmalara ayrılmasına baxmayaraq, dərmanların qiyməti yüksək olaraq qalır.