Çin və Hindistan sərhəd məsələsində razılığa gəldilər
Çin Xarici İşlər Naziri Van İ və hindistanlı həmkarı Subramanyam Cayşankar Ladaxda- iki ölkə arasında sərhəddə vəziyyəti normallaşdırmağa razı olublar.
Bu barədə “İnterfax” xəbər yayır.
Onlar Ladaxdakı mövcud vəziyyətin “hər iki tərəfin maraqlarına cavab vermədiyini” və sərhəd qurumlarının “dialoqa davam etməli, bir an əvvəl qarşılıqlı formada geri çəkilməli, aralarındakı lazımi məsafəni qorumalı və mövcud vəziyyəti yumşaltmalı olduqlarını” qeyd ediblər.
Nazirlər tərəflərin mövcud razılaşmalara hörmət göstərmələri, sərhəd bölgəsində sülhü və əmin-amanlığı qorumaları və vəziyyəti ağırlaşdıra biləcək hər hansı bir hərəkətdən çəkinmələri barədə razılığa gəliblər.
Ladaxda faktiki nəzarət xəttindəki vəziyyət may ayında Dehlidən, iki ölkənin sərhədçiləri arasındakı qarşıdurmada 20 Hindistan əsgərinin ölməsi barədə xəbərlərdən sonra kəskinləşdi. Hindistan həmçinin, Çin ordusunu avqustun sonunda təxribatlarda günahlandırdı. Çin Hindistan əsgərlərinin nəzarət xəttini keçdiyini iddia edərək, bu xəbərləri rədd edir