Tenderlər

Bakının bu ərazisində 56 ev söküləcək

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki sürüşmə sahəsində yerləşən 18 ədəd iki mərtəbəli və 38 ədəd bir mərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 5-i saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 13-ü saat 13:00-a qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 30 ünvanına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun sektor mudiri – baş mühasib Gövhər Qorçiyevadır. Telefon: (012) 452-39-10.

Təkliflərə oktyabrın 14-ü saat 13:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec bu ilin sonuna qədər təhvil verilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)