"Technoil" zavod direktoru axtarır - İŞ ELANI
"Technoil” komandası olaraq şirkətimizin inkişafında və iş proseslərimizin təkmiləşdirilməsində bizə dəstək olması üçün Zavod Direktoru (plant manager) vakansiyasını açıq elan edirik. Əgər özünüzü bu vakansiyaya uyğun təcrübəli və peşəkar bir namizəd olaraq görürsünüzsə, CV-nizi hr@technol.az göndərərək müraciət edin.
Vəzifələri:
• Müəssisədə gündəlik, həftəlik və aylıq olan əməliyyatların və işlərin planlaşdırılması, icrası və şöbələr arası işlərin hədəflərə uyğun kordinasiya edilməsi;
• Müəssisəsnin təchizat, keyfiyyət və istehsal şöbələrində iş axışqanlığını artıracaq sistem və proseslərin təşkil edilməsi və nəzarətin edilməsi;
• İstehsalat və iş proseslərində yaranan dar boğazların, gecikmələrin, maddi və fiziki itkilərin təyin edilməsi və aradan qaldırılması;
• Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
• Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına, onların hazırlıq səviyyəsinə və təlim ehtiyaclarına daim nəzarət edilməsi;
• İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
• Müəssisədə işlərin biznes proseslərinə, korporativ etik dəyərlərinə və qaydalarına uyğun olaraq tətbiq olunmasına nəzarət edilməsi;
• Müəssisənin ümumi iş peformansını ölçə bilən hesabtların hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər:
• Müvafiq sahəyə uyğun Ali təhsil, minimum bakalavr dərəcəsi;
• Müvafiq vəzifədə minimum 5 illik iş təcrübəsi;
• Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri arzuolunandır;
• Kompüter bilikləri (Microsoft office proqramları, ERP sistemləri) və biznes idarəçiliyi, insan resursları, istehsalat və stratejik planlama qabiliyyətlərinin olması;
• Biznes və şəxsi keyfiyyətlər: Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları;
• Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
• Komanda ilə işləmək, düzgün ünsiyyət qabiliyyəti;
• İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
Əmək şəraitinin şərtləri:
• 6 günlük iş həftəsi. İstirahət həftənin Bazar günü;
• Nahar şirkət tərəfindən veriləcək;
• İş yeri Sumqayıt şəhərində yerləşir;
• Korporativ nömrə və s. təmin ediləcək;
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə ediləcək;
• Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək;
Qeydlər:
• Zəhmət olmazsa, emailin subject hissəsinə müraciət etdiyiniz vakansiyaya uyğun olaraq “Zavod Direktoru” sözünü qeyd edin.
• Xahiş edirik, yalnız qeyd olunan kriteriyalara uyğun namizədlər CV-lərini göndərsin.
Faktiki ünvan: AZ5000, Sumqayıt, Azərbaycan, Sülh küç., 76-cı məhəllə,
Hüquqi ünvan: AZ1010, Bakı, Azərbaycan, Nərimanov ray, Ə.Rəcəbli küç., 33, qapı 4