Sosial iqtisadiyyat

Bakı metrosunun bu tarixdən açılacağı gözlənilir

Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

Əldə edilən məlumata görə, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.

Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)