Azərbaycanda nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Azərbaycanın Xarici işlər nazirinin müavini Nadir Sabir oğlu Hüseynov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, bu barədə “Haqqın.az”a Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
!@#
O. 2010-cu ildən Xarici işlər nazirinin müavinidir.
N.Hüseynov haqqında:
1960 – sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.
1983 – Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.
1988-1991 – Kiyev Dövlət Universitetinin aspirantı.
1991 – noyabrın 06-da Kiyev Dövlət Universiteti Tarix Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1983-1992 – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri.
1992-1998 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini.
1998-2010 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi.
2002 – yanvarın 12-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.
2010 – noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailə vəziyyəti – Evlidir, üç övlad atasıdır.











