“Azərbaycan ABŞ-ın strateji partnyorudur”
“Mən bu gün burda olmaq imkanını yüksək dəyərləndirirəm. Baxmayaraq ki, biz vebinarlar, telekörpülər dünyasına alışmağa çalışırıq, Müdafiə Departamentində müdafiə katibi müdafiə strategiyasını hələ bizə aydınlaşdırmağa imkan tapmayıb və bu vebinar mənim üçün, strategiyamız, ideyalar toplamaq üçün bir imkandır”.
Bu sözləri ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini vəzifəsini icra edən Laura Kuper “COVID-19 dövründə Xəzər regionu: Təhlükəsizlik Siyasəti və Regional Əməkdaşlığa Təsirlər” mövzusunda vebinarda bildirib.
O, qeyd edib ki, bu region həmin strategiyanın demək olar, mərkəzi sayılır: “Bizim Xəzər regionundakı əməkdaşlığımız bir neçə milli müdafiə strategiyası obyektinə əsaslanır. ABŞ-ın maraqları əsasən uzunmüddətli tərəfdaşlığı gücləndirmək, ölkəni terror hücumlarından qorumaq, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaqdan ibarətdir. Mənim portfelim sadəcə iki ölkəni əhatə edir – Azərbaycan və Rusiyanı. Və ABŞ ilə bu hər iki ölkə arasında olan münasibətlərin təbiəti son dərəcədə fərqlidir.
Bu gün mən fikirlərimi Bakı ilə təhlükəsizlik münasibətləri üzərində quracam. Dogrudur, ABŞ-ın Rusiyanın maraq dairəsində olan regionlara – Cənubi Qafqaz, Qərbi Balkanlardakı ölkələrə, Ukraynaya münasibətində eynilik var, amma Azərbaycan bu münasibətlərdə xüsusi qlobal rol oynayır – Xəzər enerji resursları və tranzit, eləcə də enerji resurları mənbəyi. Azərbaycan həm də ABŞ-ın strateji partnyorudur. Əfqanıstana 2001-ci ildən etibarən giriş rolunu oynayır.
Biz qəbul edirik ki, Azərbaycan güclü maraq dairəsi olan qonşularla yaşayır. İranla Rusiya arasında, eləcə də Avropa və Yaxın Şərq, Mərkəzi Asiya ölkələrinə gedən kəsişmə yollarında yerləşir. Risklər var – terrorçuların, kütləvi qırğın silahları və qeyri-qanuni daşımaların bu yoldan keçirilməsi cəhdləri! Biz illərdir Azərbaycanla bu istiqamətdə işləyirik. İnanıram ki, bütün region bizim bu istiqamətdə reallaşdırdığımız proqramdan bəhrələnir”.
O, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə toxunub: “Bu risklər sərhəd tanımır. Departmanetimiz illərdir səhiyyə təhlükəsizliyi ilə də bağlı əməkdaşlıq edir. Biz bu risklərlə yanaşı, bioloji silahların qarşısının alınması və aşkarlanması istiqamətində də iş aparırırq. COVID-19 risklərinə rəgmən əməkdaşlığımız davam edir. Biz bu virusla mübarizəmizi davam etdirməli, gələcək risklərə qarşı da mübarizəmizi gücləndirməliyik. Bunu koordinasıyalı şəkildə etməliyik”.