Sosial iqtisadiyyat

“Azericard”ın rəhbərliyində YENİ TƏYİNAT

Azərbaycan Beynəlxalq Bankının (ABB) prosesinq mərkəzi olan “Azericard” MMC şirkətinin rəhbərliyinə yeni üzv seçilib.

ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi informasiyada qeyd edilib.

Məlumata görə, Vüsal Şahverdiyev “Azericard”ın Müşahidə Şurasının üzvi seçilib. V.Şahverdiyev həmçinin ABB-yə cari ilin əvvəlində “Bank BTB” ASC-dən gəlib. O, həmçinin, hazırda ABB-də Transformasiya departamentinin direktorudur.

2020-ci ilin əvvəlinə qədər “Bank BTB”nin İdarə Heyətinin üzvü və ona yaxın “BTB Lizinq” şirkətinin Müşahidə Şurasının üzvi vəzifəsində çalışırdı.

Qeyd edək ki, ABB-dən “Azericard”ın Müşahidə Şurasına son 3 ayda qeydə alınan ikinci təyinatdır. Bundan öncə isə 2020-ci ilin iyun ayında Ceyhun Qarayev M.Ş üzvi seçilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)