İnşaat və əmlak

Dünyada evlərin bahalaşması tempi düşüb

Hazırda mənzil bazarında qiymət artımının ən aşağı templəri müşahidə olunur. Knight Frank konsaltinq şirkətinin məlumatına görə 2009-cu ildən sonra bu templər 2020-ci ildə qeydə alınıb. 

Dünyadakı 45 şəhərdəki mənzil qiymətlərinin dinamikasını izləyən analitiklər, davam edən qlobal koronavirus infeksiyası satışlara mənfi təsir etsə də, qiymətlər dayanıqlığını saxlayıb. Bildirirlər ki, aqressiv pul siyasəti və aşağı faiz dərəcələri daşınmaz əmlak tələbini dəstəkləməyə davam edir və səyahət məhdudiyyətləri götürüldükdən sonra daşınmaz əmlak bazarına kapital axınları artacaq.

Araşdırmalara görə, respondentlərin 45%-i pandemiyadan sonra ayrı bir ev almaq ehtimalını yüksək qiymətləndiriblər. 

Böyük Britaniyada, Asiya-Pasifikdə və ABŞ-da daşınmaz əmlaka yüksək tələbat qeyd olunur. Eyni zamanda, İtaliyada, Hong Kongda, Melburnda və Hindistanda satışlarda azalma baş verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)