Vakansiyalar

"Resant Group" işçi axtarır - MAAŞ 800-1500 MANAT

Mühasib

Vəzifə öhdəlikləri:

• Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
• Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
• Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir.
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır.
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

• Təhsil-Ali;
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
• 1C , Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək;
• Otel və ya restoran sahəsində ən azı 5 il iş təcrübəsi;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı: 800-1500 AZN (əmək fəaliyyətindən asılı olaraq)

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department