Sığorta

“Fitch” “Azsığorta”la əməkdaşlığı dayandırır

“Azsığorta” ASC “Fitch" beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırır.

ENA bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyası nəticəsində sığorta bazarındakı çalxalanmalar şirkətin beynəlxalq reytinqə malik olmasının əhəmiyyətini azaldıb. Xərclərin optimallaşdırılması, xarici valyutada ödənişlərin azaldılması məqsədilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, indiyə qədər "Fitch" "Azsığorta"nın maliyyə gücü reytinqini “B” səviyyəsində müəyyən edib, reytinq üzrə proqnoz "Sabit" olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department