Təcrübəli bankir “Unibank”ın rəhbərliyinə seçilib
Kommersiya bankı “Unibank” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib. Bununla da Müşahidə Şurasındakı üzvlərin sayı sədr də daxil olmaqla 5 nəfərə çatıb.
Yeni seçilmiş Müşahidə Şurasının üzvü isə Kristof Gabriel Maetze-Engelhardt (Christof Gabriel Maetze) adlı şəxsdir. ENA.az xəbər verir ki, bu barədə Banker.az saytı yazır..
Cənab Maetze hazırda həmçinin, bir vaxtlar Azərbaycanda bank səhmdarı olmuş “AccessHolding”in Müşahidə Şurasında sədr müavinidir. Almaniya və Sinqapurda – “Commerzbank”, “Dresdner Bank” və “HypoVereinsbank” (indiki “UniCredit Bank AG”) kimi banklarında 30 ildən çox olmaqla yüksək vəzifələrdə çalışıb.
Unibank – 1992-ci ildə yaradılıb, 125.69 mln. manat səhm kapitalına sahibdir. Səhmlərinin, 86,4% -i Eldar Qəribov, 7,6% -i Canley Fınance SA Təşkilatı, 2,5% -i Zemfira Cəfərova, 2,2% -i Tsagkamılıs Georgıos, 0,8% -i İnna İvaşenko, 0,3% -i Faiq Hüseynov və 0,2% – Emin Quliyevə məxsudur.