Lavrov: “Danışıqların formatı dəyişdirilməyəcək”
![](https://ena.az/uploads/news/2020-08/_ena_b00281aa6e8dc6ead79ff8284_o.jpg)
Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov danışıqların formatının dəyişdirilməsi ilə bağlı Yerevanın təkliflərinə qarşı çıxıb.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ danışıqlarının formatının dəyişdirilməsinə qarşıdır”-deyə Lavrov deyib.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarını dəyişmək və prosesə qondarma rejimin nümayəndələrinin cəlb olunmasını israr edirdi.