ENA+

Tramp ABŞ və Çin iqtisadiyyatlarının ayrılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp, Amerika və Çin iqtisadiyyatlarını bir-birindən ayırmaq imkanını nəzərdən keçirməyə hazı olduğunu bildirib. Banker.az xəbər verir ki, bu barədə “Fox News” məlumat verib.

Bildirildiyi kimi, jurnalist gələcək seçkilərdə Donald Trampın qalib gələcəyi təqdirdə onun Çinlə bağlı planları ilə maraqlanıb.

“Bu çox maraqlı bir sualdır. Çünki bu günə qədər Çindən heç bir şey almamışıq. Biz yalnız pul itiririk”, – deyə Tramp söyləyib.

O, həmçinin Amerika tərəfinin “yüz milyardlarla dollar itirdiyini” bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)