Bakıda qanunsuz parklama ilə mübarizəyə daha 6 milyon manat xərclənəcək
Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz parklama hallarının qarşısının alınması məqsədi ilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulması və 2 illik texniki xidmətlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Sinam” MMC-dir.
Qalib şirkətə 6 066,8 min manat ödəniləcək.