MALİYYƏ

Dollara tələb artdı - VALYUTA HƏRRACI

Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 18-nə nisbətən 3,4 milyon ABŞ dolları və yaxud, təxminən, 5,8% artaraq 62,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department