Bank

“VTB-Group”un rəhbərləri foruma “Ulduz müharibələri” filmi qəhrəmanlarının geyimində çıxıblar

Azərbaycanda da filialı olan “VTB-Group”un rəhbərləri Andrey Kostin və Yuri Solovyov Rusiyada keçirilən foruma “Ulduz müharibələri” filmi qəhrəmanlarının kostyumlarında çıxıblar.

"BI" xəbər verir ki, onlar investorlara sanksiyaları “Ölüm ulduzları”nın yaratdıqları kosmik risklər kimi təqdim ediblər.

Obi-Van Kenobinin obrazında tədbir iştirakçılarını qarşılayan Andrey Kostin birinci müavini Yuri Salavyovla dialoq qurub.

Qeyd edək ki, bu bankirin ilk tematik çıxışı deyil. Financial Times yazır ki, 2017-ci ildə o, İosif Stalinin, Solovyov isə Nikita Xruşovun obrazını yaratmışdı.

 

rbc.ru



 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department