ENA+

Kim Çen In ölkədə it saxlamağı QADAĞAN ETDİ

Şimali Koreya hakimiyyəti vətəndaşları ev itlərini kapitalizm rəmzi olduğu üçün təhvil verməyə məcbur edir.

Bu barədə “Daily Mail” məlumat yayıb.

İyul ayında Şimali Koreya lideri Kim Çen In it sahibi olmağın indi qanun pozuntusu olduğunu elan edib. O, ev itlərini “burjuaziya ideologiyasının korlanmış trendi” adlandırıb.

Heyvan sahibləri itlərinin ölkənin ərzaq qıtlığını aradan qaldırmaq üçün istifadə olunacağından qorxurlar.

Qeyd olunur ki, ölkədə ev itləri zorla sahiblərindən alınır, bəziləri zooparklara göndərilir, bəziləri isə it əti restoranlarına verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department