SOCAR benzin, dizel istehsalını artırıb
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,9% artaraq 1 milyard 821,6 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə 715,9 min ton avtomobil benzini (artım 0,3%), 1 milyon 304,1 min ton dizel yanacağı (artım 4,4%), 14,7 min ton sürtkü yağı (artım 18,5%), 172,4 min ton neft bitumu (artım 30,2%) istehsal edilib.
Yanvar-iyul aylarında birbaşa qovulan benzin istehsalında 6,6,% - 159,2 min tonadək, təyyarə yanacağı istehsalında 20,1% - 280,3 min tonadək, neft koksu istehsalında 12,1% - 126,9 min tonadək, soba mazutu istehsalında 34% - 41,8 min tonadək azalma qeydə alınıb.
2020-ci il avqustun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 90,7 min ton avtomobil benzini, 36,1 min ton təyyarə yanacağı, 114,3 min ton dizel yanacağı, 14,6 min ton soba mazutu, 10,9 min ton sürtkü yağı, 11,8 min ton neft bitumu, 68,8 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.