Şirkət "resepşn" vəzifəsinə işçi axtarır - MAAŞ 500-600 MANAT
TECHNICON Engineers Consulting
Resepşn
İş barədə məlumat:
• Daxil olan zənglərin cavablandırılması
• E-mail və yazışmaların həyata keçirilməsi
• Rəhbərlik tərəfindən verilmiş administrativ tapşırıqların yerinə yetirilməsi
• Ofis avadanlıqlarından istifadə (çap, skan, surətçıxarma, laminasiya və s.)
• Məktubların göndərilməsi və qəbul edilməsi
• Protokol, sərəncamların tərtib edilməsi
• Ofis ləvazimatlarının sifariş olunması
• Qonaqlara və rəhbərliyə çay, kofe, su, şirniyyat təqdim etmək
• Sənədləşmə işləri ilə əlaqədar nadir hallarda şəhərdaxili idarələrə getmək
• Daxil olan və çıxan sənədlərin qeydiyyatı
• İş qrafiki: Həftə içi 5 gün (09:00-18:00)
• Əmək haqqı 500-600 AZN
Tələblər:
• Yaş həddi 21-35 (Qadın)
• Azərbaycan və Rus dili - hər ikisi səlis
• Təhsili: Ali
• Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etməli
• Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook)
• Ciddi, intizamlı, məsuliyyətli, dəqiq
Xahiş edirik CV-ni “Resepşn” başlığı ilə ali.garayev@tcon.az mail adresinə göndərəsiniz.