Hadisə

SOCAR-ın zavodunda yanğın - YARALILAR VAR

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.

ENA.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

Yanğında səkkiz nəfər xəsarət alıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)