Elm və Texnologiya

“Twitter” dövlətdən asılı olan KİV-lərin hesablarını işarələməyə başlayıb

“Twitter” BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin, xüsusən Rusiya, İngiltərə, Çin, Fransa və ABŞ-ın dövlət media hesablarını işarələməyə başlayıb. Sosial şəbəkə bu cür medianı və ya tvitləri təbliğ etməyəcəkdir.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Şəffaflıq və istifadə rahatlığı üçün müəyyən ölkələr qrupundan başlayırıq, sonra gələcəkdə digər ölkələrə keçəcəyik”, – mesajda deyilir.

Qeyd edildiyi kimi, söhbət “redaksiya məzmununa dövlət nəzarət etdiyi” mediadan gedir. Lakin İngiltərədəki BBC və ya ABŞ-dakı NPR kimi müstəqil redaksiyalar hökumət tərəfindən maliyyələşdirilsə də, işarələnməyəcək.

Bundan əlavə, işarələnmə sistemi hökumət rəsmilərinin hesablarına da şamil olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)