Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI
Dünya bazarlarında neftin 1 barreli 45 dollardan baha satılır.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, günorta saatlarında Brent markalı neftin 1 barreli 1,46% bahalaşaraq 45,08 dollara çatıb.
Neftin bahalaşması Beyrut limanındakı partlayış və ABŞ-da neft ehtiyatlarının 10 milyon barreldən çox azalması fonunda baş verir.