0-100 km/saatı 3.5 saniyəyə sürətlənən elektromobil təqdim edildi
ABŞ-ın beynəlxalq avtomobil sərgiləri statusundakı 3 sərgisindən biri olan Los-Anceles Avtomobil Sərgisi, bu il də ötən illərdə olduğu kimi bir çox dünya primyerasına ev sahibliyi edir.
AUDI e-TRON GT CONCEPT
"BI" xəbər verir ki, Audi-nin elektrikli idman avtomobili e-tron GT Concept, sərginin diqqət çəkən yeniliklərindən biri olub.
4 qapılı "coupe" formasında hazırlanan avtomobildə, markanın A7 modelindən cizgilər görmək mümkündür.
A7-dən 1370 mm daha uzun və 50 mm daha alçaq bir quruluşa malik elektrikli avtomobilin batareyaları, 20 dəqiqə ərzində 80% yüklənir. 80 faiz yükləmə ilə 320 km kimi məsafəni qət etmək mümkündur.
590 at gücünə malik avtomobil, 0-dan 100 km/s sürətə isə cəmi 3.5 saniyə ərzində çatır.